Tərkibi
Xarici səthi Saf Alüminium, Alüminium folqa və ya Membran ilə örtüldüyü üçün günəşin zərərli ultrabənövşəyi şüalarından təsirlənmir. Öz-özünə yapışan olduğundan Metal, ağac və plastik kimi yanmaz materiallara təhlükəsiz şəkildə tətbiq oluna bilər. Tərkibi SBS (Sintetik Kauçuk) əsaslı bitumdan istehsal edildiyi üçün hər iqlim qurşağında elastikliyini qoruyub saxlayır, çatlamır və lopalaşmır. Arxa örtüyü çıxarılabilən PE film olduğundan rahat şəkildə soyula bilir.
Növ və ölçüləri
Mirizobant məhsulları Saf Aliminium, Aliminium folqa və membran səth növləri ilə 8 rəng seçimi ilə 7, 10, 13, 15, 20, 30, 60, 100, 124 sm enində, 10m uzunluğundadır.
İstifadə sahəsi
Mirizobant məhsullarının Ev təmiri zamanı divar, parapet, baca alt detalları, karniz, kanyok (mahiyə), gövdə divar və silsilələr birləşmələrində, oluklu təbəqələrdə yarana biləcək çatlarda, dam örtüklərinin izolyasiyasında, hamam və sanitar qovşaqların izolyasiyası üçün, Avtomobil üzlüklərində, yığma elementlərin birləşmələrində, doğrama və şüşə çatlarının təcili təmiri, daşımada istifadə edilən konteyner və çən gövdələri, Boru birləşmələrinin izolyasiyasında, su çəni və silos təmirində, qayıqların göyərtə örtüyünün izolyasiyasında istifadə olunur.
Tədbiqi
Mirizobant məhsullarının çəkiləcəyi səthlər quru və təmiz olmalıdır. Səthdə toz, silikon, yağ, pas kimi yad maddələr olmamalıdır. Beton, suvaq və lövhə kimi kobud səthlərə BITUMER astar qatı (Bitum Emulsiyası) tətbiq edilməlidir. İzobant lenti yapışdırılarkən arxa səthdəki PE filmi çıxarılır və kiçik bir rulonla basaraq hava qabarcıqları çıxarılır. Bitumlu quruluşuna görə yapışma gücü zamanla artan bu lent zamanla yapışdırıldığı yerlə birləşir.